Yuxarı

Tiflisdə baş nazir böhranı: İvanişvili qurban axtarır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə baş nazir böhranı: İvanişvili qurban axtarır

Hazırda heç kim Gürcüstan baş naziri olmaqda maraqlı deyil. Ona görə ki, bu post indiki situasiyada perspektivsiz sayılır.

Axar.az xəbər verir ki, bunu “Sputnik Gürcüstan”a açıqlamasında politoloq Ramaz Sakvarelidze deyib.

“Mən bir il müddətinə baş nazir olmağa razılaşacaq şəxsi çətinliklə təsəvvür edə bilirəm. Belə ki, parlament seçkisinin proporsional sistemlə keçirilməsi növbəti baş nazirin koalisiya hökumətinin rəhbəri olacağıyla bağlı ehtimal yaradır. Yəni baş nazirin seçimi parlamentə düşəcək çoxlu siyasi partiyalardan asılı olacaq. Belə fonda bu gün baş nazir seçilən şəxsə hakim partiyanın gələcəkdə də onu baş nazir vəzifəsinə irəli sürəcəyi ilə bağlı zəmanət verilmir. Bu cür kadr dəyişiklikləri əhalinin geniş təbəqələri arasında da qıcıqlanmaya səbəb ola bilər. Bunun isə 2020-ci ildəki parlament seçkisinə təsiri edəcəyini istisna etmək olmaz”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə “Pirveli” televiziyası yaxın zamanda Baş nazir Baxtadzenin istefaya gedəcəyi, onu Daxili İşlər naziri Georgi Qaxariyanın əvəzləyəcəyi barədə məlumat yaymışdı. Məlumatda Qaxariyanın yerinə keçmiş baş nazir İrakli Qaribaşvilinin gətiriləcəyi, Baxtadzenin isə beynəlxalq təşkilatlardan birində çalışacağı vurğulanmışdı.

Tarix
2019.08.17 / 17:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla