Yuxarı

İran düyü ixracına qoyulan qadağanı ləğv etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran düyü ixracına qoyulan qadağanı ləğv etdi

İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə İranın Sənaye və ticarət nazirinin müavini Abbas Qubadi məlumat verib.

O bildirib ki, İranın düyü ixracına müvəqqəti qadağa qoymasına səbəb yerli fermerlərin inkişaf etməsi ilə bağlıdır. Lakin ABŞ-ın sanksiyaları İranda iqtisadiyyatın çəltikçilik sahəsinə təsir edib. Sanksiyalara görə ixrac imkanları məhdudlaşıb, buna görə də, fermerlər çəltik əkini sahələrini azaldıblar. Bu isə ölkədə düyünün qiymətinin artmasına səbəb olub. Qiymətlərin sabit saxlanılması üçün hökumət düyü ixracını müvəqqəti qadağan edib.

Xatırladaq ki, düyü İran mətbəxtinin ayrılmaz sərvətidir. İran ildə 3 milyon ton düyü istehlak edir. Ölkədə isə yalnız 2,5 milyon ton düyü istehsal olunur. Qalan 500 min ton isə Hindistan və Çindən edilən düyü idxalı hesabına ödənilir.

Tarix
2019.08.17 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla