Yuxarı

Putin Moskvadakı etirazlardan danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:11

Fransa Prezidenti Emmanuel Makronla rusiyalı həmkarı Vladimir Putinin görüşü baş tutub.

Axar.az xəbər verir ki, tərəflər rəsmi iqamətgahın yerləşdiyi Breqanson qalasında bir araya gəliblər.

Liderlər mətbuat nümayəndələrinin suallarını cavablayıblar.

***

Rusiya Fransanın iqlim dəyişikliyinə qarşı mübarizəsini dəstəkləyir və bu sahədə səyləri birləşdirməyin vacibliyini bildirir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Yaxşı bilirik ki, gücləri birləşdirmədən effektiv nəticə əldə etmək çətindir. Biz birgə fəaliyyətə hazırıq”, - deyə Kreml rəhbəri bildirib.

***

Putin görüş zamanı Moskvadakı etiraz aksiyalarına da toxunub.

O bildirib ki, vəziyyəti gərginləşdirməyə heç kimin haqqı yoxdur:

“Moskvadakı etirazlar seçki dövrü ilə bağlıdır. Belə ki, sentyabrda hakimiyyətin regional orqanlarına seçkilər keçiriləcək. Vətəndaşların qüvvədə olan qanunvericiliyə müvafiq olaraq öz sakit etiraz etməyə haqları var. Hakimiyyət buna mane olmamalıdır. Lakin heç kəsin - nə hakimiyyətin, nə də bir qrup vətəndaşın qüvvədə olan qanunları pozmağa, vəziyyəti absurd səviyyəyə, ya da hakimiyyətlə qarşıdurmaya gətirib çıxarmağa haqqı yoxdur. Bu qanun pozuntusudur və bunu edənlər Rusiya qanunlarına uyğun olaraq məsuliyyətə cəlb olunmalıdırlar”.

Tarix
2019.08.19 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla