Yuxarı

3 bələdiyyə sədri niyə vəzifədən qovuldu? - Pərdəarxası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 bələdiyyə sədri niyə vəzifədən qovuldu? - Pərdəarxası

Türkiyənin 3 bölgəsində HDP-çi bələdiyyə sədrlərinin vəzifədən uzaqlaşdırılması təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.

Bu sözləri Axar.az-a açıqlamasında Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli Türkiyənin Diyarbəkir, Mardin və Van şəhərlərinin bələdiyyə sədrlərinin vəzifələrindən azad edilməsinə münasibət bildirərkən deyib. O, bu hadisəyə siyasi don geyindirməyə ehtiyac olmadığını bildirib:

“Hamıya məlum olduğu kimi, Xalqların Demokratik Partiyası (HDP) PKK terror təşkilatının siyasi qoludur. PKK-ya dəstək verən bələdiyyə sədrlərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilk dəfə deyil. Bundan öncəki seçkilər zamanı həmin bu 3 şəhərin bələdiyyə sədrlərinə cinayət işi açılaraq, vəzifələrindən uzaqlaşdırılmış və valilər qəyyum təyin olunmuşdu.

Van, Mardin, Diyərbəkir və s. Türkiyədə kürdlərin sıx məskunlaşdığı bölgələrdir. Bu bölgələr vaxtilə PKK-nın ən üstün mövqedə olduğu, açıq fəaliyyət göstərdiyi ərazilər olub. 2015-ci ildə bu ərazilərdəki bələdiyyələr o qədər irəli getmişdilər ki, hətta muxtariyyət qurmaq kimi fikirlərə düşmüşdülər.

2015-2016-cı illərdə Türkiyə təhlükəsizlik qüvvələri Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə orada əməliyyat keçirdilər və demək olar ki, PKK böyük ölçüdə məhv edildi. Buna baxmayaraq, son seçkilərdən sonra yenə də adı çəkilən bölgələrdəki bələdiyyələr PKK-ya dəstək olmağa başladı. Belə ki, şəhid ailələrinin üzvləri vəzifədən uzaqlaşdırıldı, Diyərbəkirdə bələdiyyənin açılış iclaslarında Türkiyənin İstiqlal marşı deyil, PKK-nın “himn”i səsləndirildi. Bundan əlavə, Diyərbəkirin bələdiyyə sədri Adnan Səlçuq Mizraqlının PKK bağlantısına görə işdən qovulan 248 nəfəri bələdiyyə sədri seçilən kimi təkrar işə götürdüyü üzə çıxdı.

Buna görə də PKK-ya açıq dəstək verən şəxslərin işdən uzaqlaşdırılması Türkiyənin təhlükəsizliyi üçün zəruri idi”.

R.Bəşirlinin sözlərinə görə, HDP-çi bələdiyyə sədrlərinin vəzifədən uzaqlaşdırılması heç də AKP-nin yararına deyil:

“Çünki bu addımlar kürd seçicilərin AKP-yə səs verən hissəsinə mənfi təsir edə bilər. Kimin hakimiyyətə gəlməsi və ya hakimiyyətdən getməsi başqa bir məsələdir. Önəmli olan hansı partiyanın olması deyil, Türkiyənin təhlükəsizliydir. Türkiyə də haqlı olaraq təhlükəsizliyini təmin etməlidir. Bu son olaylara da məhz sadaladığım kontekstdən baxmaq lazımdır”.

Politoloq bu tendensiyanın kürdlərin sıx məskunlaşdığı digər ərazilərdə davam etdirilməsi məsələsinə də aydınlıq gətirib:

“İnanmıram ki, digər bölgələrdə bu tendensiya davam etdirilsin. Çünki 2-3 ay əvvəlki bələdiyyə seçkilərində Şırnak, Ağrı kimi şəhərlər HDP-nin əlindən çıxıb. AKP bu bölgələrdə səs üstünlüyü ilə qalib gəlib. Amma Mardin, Diyərbəkir və Vanda PKK-nın təsirləri hələ də qalmaqdadır”.

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi Diyarbəkir, Mardin və Van şəhərlərinin bələdiyyə sədrlərinin vəzifələrindən azad edilməsi ilə bağlı məlumat yayıb. HDP üzvü olan bələdiyyə sədrləri PKK-ya və ona bağlı qruplara çalışmaqda ittiham ediliblər. Sədrlərin yerinə müvəqqəti olaraq valilər təyin edilib.

Tarix
2019.08.20 / 08:45
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla