Yuxarı

Qarabağ klanı onu "vahid namizəd" seçir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ klanı onu "vahid namizəd" seçir

Qondarma Qarabağ rejiminin lideri vəzifəsi uğrunda mübarizə daha da gərginləşir.

Axar.az xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib. Məlumata görə, qondarma rejimin “xarici işlər naziri” Masis Mailyan 2020-ci ildəki “prezident seçkisi”ndə iştirak edəcəyini açıqladıqdan sonra Qarabağ klanının indiyə qədər əsas namizədi olacağı təxmin edilən Vitali Balasanyanın mövqeləri zəifləməyə başlayıb.

Qəzet qeyd edib ki, Mailyanın namizədliyini irəli sürməsi fikri reallaşacağı halda onu qondarma rejimin indiki rəhbəri Bako Saakyan, eləcə də hakimiyyətyönlü Demokratik Partiya və Daşnaksütyun da dəstəkləyəcək.

Qeyd edək ki, Balasanyan qondarma rejimin "təhlükəsizlik şurası"nın keçmiş rəhbəridir. O, indiyə qədər hazırkı Ermənistan hakimiyyətiylə ən sərt qarşıdurma yaşamış şəxs sayılır. Erməni mətbuatı Balasanyanın məhz bu qarşıdurmaya görə Paşinyanın istəyi əsasında istefaya göndərildiyini bildirib.

Tarix
2019.08.20 / 12:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla