Yuxarı

Rusiya Qafqazdakı bu layihəyə nifrət edir – Brayza

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qafqazdakı bu layihəyə nifrət edir – Brayza

Anakliya limanının tikintisinin dayandırılması Gürcüstan üçün faciə olacaq.

Axar.az xəbər verir ki, bunu İVPR-ə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Anakliya strateji limanı Gürcüstan üçün oyun qaydalarını dəyişir. O, bütün dünyadan irimiqyaslı daşımalar üçün qapı açır. Liman Rusiyanın Gürcüstana təsir cəhdini yox edəcək. Buna görə də Rusiya bu layihəyə nifrət edir”, – deyə o bildirib.

Brayza Rusiyanın Anakliya layihəsinin dayandırılması üçün hərbi gücdən istifadə etməyəcəyini deyib. Eks-səfir bu limanın Gürcüstanın avroatlantik inteqrasiyası üçün də böyük əhəmiyyət kəsb edəcəyini bildirib:

“Bu, NATO-nun perspektivinə böyük təsir göstərəcək. Liman Əfqanıstana hərbi-texniki tranzit üçün də istifadə ediləcək. Ən vacib isə odur ki, ciddi gərginlik yaranacağı halda Anakliya vasitəsilə Gürcüstana dəstək veriləcək”.

Brayza 2008-ci il müharibəsi zamanı Poti limanının imkanlarının aşağı olması ucbatından Rusiyaya Qərb tərəfindən dəqiq siqnal göndərilə bilmədiyini söyləyib.

Tarix
2019.08.21 / 16:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident Laosun yeni səfirini qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla