Yuxarı

Körfəzdə müharibəni biz başlatmayacağıq - Zərif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran bu ölkənin nüvə proqramına dair 2015-ci ildə imzalanmış beynəlxalq sazişi xilas etmək barədə Fransanın təklifləri üzərində çalışmağa hazırdır.

Report xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Osloda Norveç Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışı zamanı bildirıb.

O, məsələyə dair sabah, yəni cümə günü Parisdə Fransa prezidenti Emmanuel Makronla ciddi söhbət etmək fikrində olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron adıçəkilən sazişi bərpa səyləri çərçivəsində ABŞ-ın İrana qarşı sanksiyalarını yumşaltmaq, yaxud sazişə doğru qayıdış yolunda İran xalqına daha yaxşı yaşamaq imkanı yaratmaq üçün təzminat mexanizmini dəstəkləməyin zəruri olduğunu bildirmişdi.

ABŞ tərəfindən Hörmüz boğazında gəmiçiliyi qorumaq üçün təhlükəsizlik missiyası yaratmaq və həmin missiyaya Böyük Britaniyanı, Bəhreyni, Avstraliyanı cəlb etmək istiqamətindəki addımlarına toxunan iranlı nazir “kiminsə bizim sulara gəlib bizi təhdid etməsinə qarşı durub kənardan baxacağımızı qoy heç kim zənn etməsin” deyə fikir bildirib.

“Fars körfəzində müharibə olacaqmı? Sizə deyə bilərəm ki, müharibəni başlayan biz olmayacağıq... lakin özümüzü müdafiə edəcəyik”, - deyə İran xarici işlər naziri vurğulayıb.

Xatırladaq ki, bu gün İran prezidenti Həsən Ruhaninin iştirakı ilə yeni “Bəvar-373” uzaq mənzilli yerüstü - hava müdafiə raket sisteminin təqdimatı keçirilib. Müdafiə naziri Əmir Hatəmi yeni sistem vasitəsilə 300 kilometr məsafədə təyyarə və başqa hədəfləri müşahidə etmək, 200 kilometrlik məsafədə isə məhv etmək imkanı yarandığını bildirib.

Tarix
2019.08.22 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla