Yuxarı

Türkiyə cəmiyyətini silkələyən cinayət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə cəmiyyətini silkələyən cinayət

Türkiyənin Qırıqqala şəhərində dörd il əvvəl boşandığı əri tərəfindən 10 yaşlı qızının gözü qarşısında qətlə yetirilən Əminə Buludun məsələsi əhali arasında böyük narazılığa səbəb olub.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, avqustun 18-də törədilmiş cinayətin videogörüntülərində keçmiş həyat yoldaşı tərəfindən boğazı kəsilən 38 yaşlı qadının “Ölmək istəmirəm”, qızının isə “Ana, nə olar ölmə” sözləri təsirsiz ötüşməyib.

Cinayəti törədən 43 yaşlı Fədai Baran hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun cinayət əməli ilə bağlı açıqlama verərək Prezident Rəcəb Tayyib Ərdoğanın da baş vermiş hadisədən sarsıldığını, dövlət başçısının aidiyyəti qurumların lazımi tədbirlər görəcəyinə əmin olduğunu bildirib.

Türkiyənin Ailə, İş və Sosial Xidmətlər Nazirliyi də cinayətlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, hazırda E.Bulutun on yaşlı qızına psixoloji dəstək göstərilir. Qeyd edilib ki, cinayətkarın ən ağır formada cəzalandırılması üçün nazirlik tərəfindən iki hüquq müşaviri ayrılıb.

Türkiyənin siyasi, elm, incəsənət xadimləri, idmançılar, eləcə də əhali ictimai və sosial media hesablarından hadisəyə etirazlarını bildirərək cinayətkarın ən ağır şəkildə cəzalandırılmasını tələb edirlər.

Hadisəyə etiraz əlaməti olaraq futbol üzrə Türkiyə Superliqasının və Birinci Liqanın bu həftə keçiriləcək qarşılaşmaları bir dəqiqə gec başlayacaq.

Tarix
2019.08.23 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atıb - Rəsmi

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla