Yuxarı

Belarus Rusiya ilə “birləşmə” proqramı hazırladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarus Rusiya ilə “birləşmə” proqramı hazırladı

Belarus hökuməti avqustun 27-də Prezident Aleksandr Lukaşenkoya Rusiya ilə inteqrasiya proqramının layihəsini təqdim etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Baş naziri Sergey Rumas deyib. O, iki ölkənin baş nazirinin yeni proqramı parafladıqdan sonra layihənin ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Rumas bunun sayəsində ictimaiyyətdə suverenlik və digər təhlükələrlə bağlı mövcud olan sualların ortadan qalxacağını deyib.

Belarus baş naziri inteqrasiya proqramının yalnız iqtisadi sferaya aidiyyəti olduğunu və burada olan bəndlərin vahid bazarın mexanizmlərini nəzərdə tutduğunu bildirib. Yeni proqramda həmçinin enerji daşıyıcıları üçün də eyni qiymətlərin müəyyən edilməsi barədə bəndin yer aldığı qeyd edilib.

Qeyd edək ki, Belarusla Rusiya 1999-cu ildən bu yana ittifaq dövlətində birləşiblər.

Bəzi Belarus ekspertləri yeni inteqrasiya proqramının Minskin suverenliyinin tam əlindən alınması üçün hazırlandığını iddia edirlər. Hökumət isə bu məsələdə tam əks mövqe tutur və bunun Belarusu daha da möhkəmləndirəcəyini iddia edir.

Tarix
2019.08.24 / 16:56
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla