Yuxarı

G7 sammitinin rəsmi açılışı oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
G7 sammitinin rəsmi açılışı oldu

Fransanın Biarriç şəhərində G7 sammitinin rəsmi açılışı olub.

Axar.az BBC-yə istinadla xəbər verir ki, Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderləri işgüzar şam yeməyində iştirak ediblər. Sammitin ilk rəsmi tədbirində Avropa Şurasının rəhbəri Donald Tusk da iştirak edib.

İşgüzar şam yeməyindən əvvəl Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp, Almaniyanın federal kansleri Angela Merkel və Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşlər keçirib. Bundan başqa, G7 qrupuna daxil olan Avropa ölkələrinin liderlərinin birgə görüşü də təşkil edilib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, sammitdə beynəlxalq böhranların nizama salınması, ticarət mübahisələri üzrə gərginliyin azaldılması və Amazon meşələrində yanğınla bağlı vəziyyət müzakirə olunacaq. Liderlərin zirvə görüşünün əsas mövzusu isə müxtəlif ayrı-seçkilik və qeyri-bərabərlik təzahürlərinə qarşı mübarizə tədbirləri olacaq.

Sammitin işi avqustun 26-da başa çatacaq.

Tarix
2019.08.25 / 01:03
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla