Yuxarı

Qadından şok addım: Ərim idealdır, boşanıram!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadından şok addım: Ərim idealdır, boşanıram!

Birləşmiş Ərəb Əmirliklərinin qadın sakini məhkəməyə qəribə boşanma ərizəsi ilə müraciət edib.

Azərtac xəbər verir ki, qadın bu addımı ərinin “hədsiz məhəbbətinə” dözməməsi səbəbindən atıb. Bir illik evlilik həyatında onların arasında bir dəfə də olsa mübahisənin baş verməməsi, ərinin heç vaxt onun üstünə çığırmaması və həmişə mehribanlıq göstərməsi qadını qane etməyib. Qadın yardım istəmədiyi halda, əri ev işlərində ona kömək göstərib, hətta yemək hazırlayıb.

“Mən mübahisə etmək, hətta bəzən savaşmaq istəyirəm, itaətdə keçən solğun həyat məni bezdirib. Mən heç olmasa bircə dəfə deyişmək istəyirəm, amma mənim romantik ərimlə bu, mümkün deyil. O, məni həmişə bağışlayır və hədiyyələr yağdırır”, - deyə qadın etiraf edib.

Ər isə hesab edir ki, heç bir pis iş görməyib, yalnız ideal ər olmaq istəyib. Bir dəfə xanımı ona köklüyü irad tutduqda, pəhriz saxlamağa və idmanla məşğul olmağa başlayıb. O, hakimdən xahiş edib ki, arvadına iddiasını geri götürməyi tövsiyə etsin. Nəticədə hakim ər-arvada barışmaq şansı vermək məqsədilə işə baxmağı təxirə salıb.

Tarix
2019.08.25 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla