Yuxarı

Putin Kadırovun sözlərini qəbul etmədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Kadırovun sözlərini qəbul etmədi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun dünyanın ən gözəl məscidi ilə bağlı fikirləri ilə razılaşmayıb.

Axar.az xəbər verir ki, bu barədə Kremlin Kadırov və Putin arasında baş tutan görüşlə bağlı məlumatında qeyd edib.

Bildirilib ki, Putin Kadırovdan Çeçenistanın Şali şəhərində açılan məscidin həqiqətən də dünyanın ən böyük məscidi olub-olmamasını soruşub. Çeçen lider isə Məhəmməd Peyğəmbərin adını daşıyan məscidin həm ən böyük, həm də ən gözəl məscid olduğunu söyləyib.

Putin isə Kadırovla razılaşmayaraq, ən gözəl məscidin Sankt-Peterbuqda yerləşən məscid olduğunu bildirib.

Çeçen lider Putinin bu sözündən sonra "Sizinlə mübahisə etməyəcəyəm, Vladimir Vladimiroviç" - deyə cavab verib.

Qeyd edək ki, avqustun 23-də Çeçenistanın Şali şəhərində Avropanın ən iri məscidi istifadəyə verilib. Məsciddə eyni vaxtda 30 min insan ibadət edə biləcək. Məscidin ətrafındakı 5,3 hektar ərazi də nəzərə alınarsa, burada eyni vaxtda 100 min mömin ibadət edə bilər. Tikilinin içərisi və xarici ağ yunan mərməri ilə bəzədilib.

Tarix
2019.08.31 / 20:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla