Yuxarı

Zelenski "təhlükəlidir" dedi, Puşkov isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski "təhlükəlidir" dedi, Puşkov isə...

Şimal axını-2 qaz kəməri layihəsi bütün Avropa üçün təhlükə yaradır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Sözügedən layihənin Avropa ölkələri üçün qəbuledilməz olduğunu bildirən Zelenski bununla yanaşı, təbii qaz tədarükünün şaxələndirilməsinin vacibliyini vurğulayıb.

Polşa Prezidenti Andjey Duda ilə görüşən Zelenski Kiyev və Varşavanın Şimal axını-2 layihəsi ilə bağlı eyni fikirdə olduğunu da qeyd edib. O, həmçinin, bildirib ki, Ukrayna-Polşa-ABŞ üçbucağı çərçivəsində enerji müttəfiqliyinin tərəfdarıdır.

Rusiyalı senator Aleksey Puşkov isə Zelensikinin bu açıqlamasına Tvitter hesabında cavab verib.

O, Ukrayna və Polşa prezidentinin öz cibləri üçün narahatlıq keçirdiyini qeyd edib:

"Zelenski və Duda bir fit çalırlar, amma əslində Şimal axını-2 Avropa üçün təhdid deyil. Kiyev Rusiya qazı tranzitindən gələn pulu itirməkdən qorxur, Varşava isə ABŞ-dan aldığı bahalı maye qazı qonşularına satmağı xəyal edir. Bütün təhdidlər yalnız onların ciblərinədir. Avropanın bununla əlaqəsi yoxdur".

Tarix
2019.09.01 / 09:30
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla