Yuxarı

Ankarada İrəvana qarşı izdihamlı mitinq - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Vətən Partiyasının gənclər təşkilatı görkəmli dövlət xadimi Tələt paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada izdihamlı etiraz nümayişi keçirib.

Axar.az Azərtac-a xəbər verir ki, Ankaranın mərkəzi Ulus meydanında təşkil olunan nümayişdə minlərlə insan iştirak edib. “Erməni qatilə ucaldılan heykəl yıxılacaq”, “Ermənistan Qarabağdan rədd ol!”, “Xocalı soyqırımını törədənlər cəzalansın!”, “Bir Tələt gedər, min Tələt gələr!” kimi şüarlarla yürüş edən nümayişçilər 1921-ci ildə Tələt paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana Yerevanda ucaldılan heykəlin götürülməsini tələb ediblər.

Nümayişçilər adından yayılan bəyanatda bildirilir ki, sözügedən heykəlin quruluşu və siyasi mahiyyəti insanlıq əleyhinə cinayətdir. Nümayişçilər Türkiyənin dövlət və hökumət orqanları qarşısına məsələ qaldırıblar ki, bu heykəlin götürülməsi üçün bütün diplomatik vasitələrdən istifadə olunsun, o cümlədən beynəlxalq təşkilatlar qarşısına qətiyyətlə məsələ qaldırılsın. Bəyanatda göstərilir ki, Türkiyə gəncliyi heç vaxt Tələt paşaya göstərilən təhqir və həqarəti bağışlamayacaq.

Nümayişdə, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin dayandırılması, o cümlədən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində soyqırımını törədənlərin cəzalandırılması tələb olunub. Dünya birliyinin bu acı həqiqətlərə göz yummasının yolverilməz olduğu ifadə edilib.

Tarix
2019.09.02 / 20:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla