Yuxarı

Qərbdən İrana növbəti çağırış: Yerinə yetir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın nüvə razılaşması üzrə üzərinə düşən öhdəliklərdən imtina edərək nüvə proqramını bərpa etməsinə ABŞ və Avropa ilk reaksiyasını verib.

Axar.az xəbər verir ki, Avropa Komissiyasının rəsmi nümayəndəsi Karlos Martin Ruiz de Qorduella İranın öhdəliklərdən imtina etməsi istiqamətində atdığı üçüncü addımını nüvə sazişinə uyğun olmayan addım kimi dəyərləndirib. O, rəsmi Tehrana müraciət edərək İranı öhdəlikləri yerinə yetirməyə çağırıb.

ABŞ Dövlət Departamenti isə rəsmi Vaşinqtonun nüvə sazişindən birtərəfli qaydada çıxmasına baxmayaraq, açıqlamasında İranın bu addımını razılaşmanı pozmaq kimi qiymətləndirib.

Xatırladaq ki, 2015-ci ildə İran ilə ABŞ və Avropa dövlətləri arasında “İranın nüvə proqramının məhdudlaşdırılmasına dair” saziş imzalanıb. Sazişə əsasən ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmalı, Avropa isə İrandan neft almalı və maliyyə hesablaşmaları üçün xüsusi sistem yaratmalı idi. Lakin İran nüvə proqramını dayandırsa da, ABŞ və Avropa öz öhdəliklərini yerinə yetirmədilər. Donald Tramp Prezident seçildikdən sonra İrana qarşı sanksiyalar daha da artdı. Avropa isə İrandan neft almadı və maliyyə hesablaşması üçün sistem yaratmadı. Buna baxmayaraq, hər iki tərəf İranı nüvə sazişini pozmaqda ittiham edir.

Tarix
2019.09.07 / 18:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla