Yuxarı

Honkonqda gərginlik davam edir: Nəzarət gücləndirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Honkonqda gərginlik davam edir: Nəzarət gücləndirildi

Honkonqda etirazçılar bütün tələblərinin yerinə yetirilməsi ilə bağlı aksiyaları davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb. Məlumata görə, rəsmilər Honkonq Beynəlxalq Hava Limanında aksiya keçirmək istəyən nümayişçilərin cəhdlərinin qarşısını limana gedən yollarda nəzarəti gücləndirməklə alıb.

Polislər hava limanına gedən avtobusdakı sərnişinlərin çantasından maska tapıldığı üçün onları həbs edib. Bundan başqa, liman istiqamətində hərəkət edən sürət qatarlarının reysləri azaldılıb və yalnız bir dayanacaqdan sərnişin götürülməsinə icazə verilib. Həmçinin yalnız uçuş bileti olanların qatara minməsi barədə tapşırıq verilib.

Agentlik onu da qeyd edib ki, etirazçıların hava limanındakı aksiya planı baş tutmadığı üçün onlar şəhərdəki bütün ticarət mərkəzlərində, dəmiryolu operatoruna məxsus stansiyalarda və polis bölmələrinin qarşısında aksiya keçiriblər.

Tarix
2019.09.07 / 20:19
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla