Duzlu yemək də xərçəng yaradır - Onkoloq
01:51
Ana səhifə Planet |
"Adrian Dərya 1" (Qreys-1) tankeri hədəfinə çatıb və içərisindəki neft satılıb.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
“Daha əvvəl tankerin marşrutunun tərəfimizdən təyin ediləcəyini söyləmişdik. İngiltərə tərəfindən saxlanılan tankerlə bağlı hüquqi prosedurlar davam etdirilir”, - deyə Musəvi bildirib.
Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Tvitter hesabında İngiltərə tərəfindən Cəbəllütariqdə 6 həftə saxlanıldıqdan sonra sərbəst buraxılan İranın "Adrian Dərya 1" (Qreys-1) tankerinin Suriya limanında olmasını göstərən şəkil paylaşmışdı.
Tarix
2019.09.08 / 19:04
|
Müəllif
Kamran Ədalət
|