Ermənistanda növbədənkənar seçkilər olacaq?
00:37
Ana səhifə Planet |
Fransanın “Le Fiqaro” nəşri Kiyev şəhərini Rusiya ərazisi kimi təqdim edib.
Axar.az xəbər verir ki, sözügedən fakta Ukrayna mətbuatı diqqət çəkib.
Nəşrin saytında Ukrayna Prezidenti Vladimir Zelenskinin rus və ukraynalı məhbusların azad edilməsi ilə bağlı brifinqindən video material dərc olunub. Bu zaman ekranın sol yuxarı küncündə çıxışın Rusiyanın Kiyev şəhərində olması ilə bağlı yazı əks olunub.
Qeyd edək ki, bundan əvvəl Rusiya ilə Ukrayna arasında “35-in 35-ə” formulu ilə ümumilikdə 70 girov və məhbus azad edilmişdi.
Tarix
2019.09.09 / 10:55
|
Müəllif
Orxan Tağıyev
|