Yuxarı

Bu Avropa ölkəsi onlara ikili vətəndaşlıq hüququ verir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya dövləti nasionalsosializm dövrünün (1933-1945) qurbanı olmuş şəxslərin ailə üzvlərinə ikili vətəndaşlıq hüququ verəcək.

Axar.az xəbər verir ki, bu barədə qanun layihəsi parlamentdə təmsil olunan üç böyük partiya tərəfindən dəstəklənib. Qanun layihəsinin təşəbbüsçüsü Avstriya Sosial-Demokratlar Partiyasının rəhbəri Pamela Rendi-Vaqner bildirib ki, ortaq mövqe Holokost qurbanları və onların övladlarına mühüm rəğbət siqnalıdır. O, bu addımı, həmçinin Avstriyanın tarixi cavabdehliyi kimi qiymətləndirib: “Bu günə kimi nasizmdən qurtulmaq üçün ölkəni tərk etməyə məcbur olan insanların ailə üzvlərinin Avstriya vətəndaşlığı yoxdur və bu haqsızlıq, ortadan qaldırılacaq. Əgər onların sələfləri nasistlərdən qaçıb Avstriya vətəndaşlığını itirmək məcburiyyətində qalmalı olmasaydılar, ikili vətəndaşlıq veriləcək şəxslər bu gün əslində Avstriya vətəndaşı olmalı idilər”.

Parlamentdə təmsil olunan kiçik partiyaların rəhbərləri də qanun layihəsinə müsbət mövqe nümayiş etdiriblər.

Qeyd edilməlidir ki, Avstriya ikili vətəndaşlığı qanunla qadağan edən ölkələr sırasındadır. Nasionalsosialm və faşizm qurbanları indiyədək Avstriya vətəndaşlıqlarını bərpa etmək istəyərkən, sığındıqları ölkənin vətəndaşlığını saxlamaq hüququna da malik idilər. Yeni qanun layihəsi bu qaydanın həmin şəxslərin ailə üzvlərinə də şamil olunmasını nəzərdə tutur.

Tarix
2019.09.14 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla