Yuxarı

Netanyahu yenidən baş nazir seçilsə... - Ehud Barak

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benyamin Netanyahu yenidən İsrailin Baş naziri seçilərsə, ölkədə demokratiya təhlükədə olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Təl-Əvivdə keçirilən mitinqdə İsrailin keçmiş baş naziri Ehud Barak deyib. O bildirib ki, Netanyahu seçkilərdə qalib gəlməsə, saxtakarlığa yol verildiyini iddia edəcək.

İsraillilərə seçkilərdə səs verməyə çağıran Barak deyib: "Bu seçkilər İsrail demokratiyası üçün böyük önəm kəsb edir. Çərşənbə axşamı keçiriləcək seçkilərdə Netanyahu qalib gələrsə, İsrail demokratiyası təhlükə altında qalar".

Mitinqə qatılan nümayişçilər isə üzərində Netanyahuya "Cinayətkar nazir", "Yalançı", "Korrupsioner baş nazir" kimi sözlər yayılan plakatlarla etiraz ediblər.

Xatırladaq ki, apreldə İsraildə parlament seçkiləri keçirilsə də, koalisiya hökuməti vaxtında qurulmadığı üçün 17 sentyabrda seçkilərin yenidən keçiriləcəyi elan edilib.

Tarix
2019.09.15 / 08:00
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla