Yuxarı

Rusiya Paşinyana çox dözməyəcək – Bədəlyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Paşinyana çox dözməyəcək – Bədəlyan

Hakim siyasi komandanın və baş nazirin mövqeləri zəifləyib, ona görə də seçki prosesinin 2022-ci ildə əvvəl baş tutacağını istisna etmirəm.

Axar.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında erməni polittexnoloq Armen Bədəlyan deyib.

“Rusiya uzun müddətli qeyri-müəyyən hökumətin mövcudluğuna çox dözməyəcək. Bununla belə, ölkənin daxilində bir problem belə həll edilmir və hökumətdən narazılıq yüksəlir. Mənim Addımım Blokunda da müəyyən proseslər gedir. Növbədənkənar seçkinin keçirilməyəcəyini demək çox çətindir. Problem hazırda təkcə Amulsarla bağlı deyil və hökumətə, 2018-in aprel, may, iyununda olan inam ölüb”, – deyə o bildirib.

Bədəlyan Rusiyanın Paşinyanı etibarlı müttəfiq saymadığını deyib:

“Rusiyada hər zaman Ermənistan hakimiyyətinin digər ölkələrə doğru yön götürəcəyi ilə bağlı şübhələri var. Bu, Rusiyada Ermənistandakı bəzi qüvvələri hakimiyyət dəyişikliyi üçün dəstəkləməyə vadar edə bilər”.

Tarix
2019.09.16 / 17:32
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla