Yuxarı

Breksitlə bağlı ondan xahişim olmayacaq - Conson

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Breksitlə bağlı ondan xahişim olmayacaq - Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə görüşündə Breksit vaxtının dəyişdirilməsini xahiş etmək niyyətinin olmadığını təsdiqləyib.

Axar.az xəbər verir ki, Conson və Yunker bu gün Lüksemburqda görüşüblər.

“Tərəflər konstruktiv görüş keçiriblər. Liderlər aparılmış danışıqları (Breksit şərtləri barədə) müzakirə ediblər. Baş nazir təsdiqləyib ki, Breksitin sonrakı vaxta keçirilməsini xahiş etməyəcək və ölkəni oktyabrın 31-də Avropa İttifaqından çıxaracaq. Liderlər diskussiyaların fəallaşdırılması və elçilərin gündəlik görüşlərinin keçirilməsi barədə razılığa gəliblər”, - deyə Britaniya Baş naziri dəftərxanasının rəsmi nümayəndəsi jurnalistlərə bildirib.

Qeyd edək ki, hazırda Breksit ətrafında vəziyyət dalana dirənib. Ölkə parlamenti Aİ ilə indiki formada sazişin əleyhinə çıxış edir, lakin həm də sazişsiz Breksitin qəti əleyhinədir. Aİ danışıqların bərpasından və sazişə yenidən baxılmasından imtina edir. Baş nazir Britaniyanın Avropa İttifaqını nəzərdə tutulan vaxtda - oktyabrın 31-də tərk etməsində inad göstərir. Conson növbədənkənar seçkilər keçirmək təklifini iki dəfə müzakirəyə çıxarıb və hər iki halda parlament təklifi qəbul etməyib.

Tarix
2019.09.16 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla