Yuxarı

Paşinyan müdafiə nazirini də istefaya göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan müdafiə nazirini də istefaya göndərir

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın istefasından sonra Müdafiə naziri David Tonoyan və polis rəisi Valeri Osipyan da öz postlarını tərk edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

“Təsadüfi deyil ki, dünən parlamentdə ilk oxunuşda güc strukturlarının rəhbəri vəzifələrinə namizədlərin senzinə dəyişikliklər qəbul edildi. Bu dəyişiklik baş nazirə yalnız bu sahədən olan şəxsləri deyil, eyni zamanda 25 yaşı tamam olmuş və 4 il mütəmadi şəkildə ölkədə yaşayan Ermənistanın istənilən vətəndaşını polisə və MTX-yə rəhbər təyin etmək imkanı verəcək”, - nəşr yazıb.

Qəzet hökumətdəki mənbələrə istinadən qeyd edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə ən real namizəd Nikol Paşinyanın dostu Vaqe Kazaryandır. Bundan əlavə sözügedən vəzifəyə keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın da namizədliyi irəli sürülür.

Tarix
2019.09.17 / 14:50
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla