Yuxarı

ABŞ və Səudiyyə hücum riskini azaltmağı müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığı Səudiyyə Ərəbistanındakı neft müəssisələrinə bu günlərdə törədilən hücumlarla bağlı və gələcəkdə belə halların qarşısını almaq haqqında həmin ölkənin müvafiq qurumları ilə müzakirələr aparır.

Report xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder bildirib.

“Başqa bir ölkənin hava hücumundan müdafiə sisteminin konkret təfərrüatlarını müzakirə etmək mənim üçün yersiz olardı. Yalnız deyə bilərəm ki, bu vəziyyətdə açıq şəkildə neft obyektlərinə hücum olub. ABŞ (Silahlı Qüvvələr) Mərkəzi Komandanlığı Səudiyyə Ərəbistanı ilə gələcəkdə hücum riskini azaltmağın mümkün yollarını müzakirə etmək üçün məsləhətləşmələr aparır. Bu gün müzakirə ediləcək mövzuların detalları barədə ətraflı məlumat verməyəcəm.

Bölgədə tərəfdaşımız olan Səudiyyə Ərəbistanı ilə sıx əməkdaşlıq edirik. Məsələn, cənub sərhədlərini husilərin hücumundan qoruyuruq. Ölkənin şimal hissəsində riskləri azaltmaq üçün nə edə biləcəyimiz barədə onlarla danışıqlar aparırıq”, - deyə əlavə edib.

Tarix
2019.09.20 / 01:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla