Yuxarı

Misirdəki etirazlara görə Türkiyə ittiham edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misirdəki etirazlara görə Türkiyə ittiham edildi

Misirdəki etirazlar dünya mediasının gündəm mövzusuna çevrilib.

Axar.az xəbər verir ki, hökumətyönlü media etirazlar barədə məlumat yaymasa da, etirazçıların təşkilatçısı, iş adamı Məhəmməd Əli bunun bir başlanğıc olduğunu bildirib.

“Əlcəzirə”nin tanınmış müxbirlərindən Əhməd Mənsur Sisinin BMT iclasında iştirak etmək üçün yox, hadisələri xaricdən izləmək üçün getdiyini, əgər etirazlar davam edərsə, ölkəyə geri qayıtmayacağını yazıb.

Səudiyyə Ərəbistanının jurnalisti Alasmari etirazlarda Türkiyə və Qətəri ittiham edib:

“Sisi heç bir şey ifadə etmir, əsl dərdləri Misir ordusudur. Bütün qəzəblərinin səbəbi Türkiyə və Qətərdir. Çünki Sisi getsə, ordu çökəcək".

“Röyters” agentliyi isə misirli müxalifin çağırışından sonra kiçik və nadir qrupların etiraza başladığını yazıb.

Qeyd edək ki, Misirdə Əbdülfəttah Sisiyə qarşı başlayan etirazlar Qahirə, İsgəndəriyyə, Süveyş, Dəmənhur şəhərlərini əhatə edib.

Tarix
2019.09.21 / 21:38
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla