Yuxarı

Qaynutdin yenidən Rusiya müsəlmanlarının lideri oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Rusiya Müsəlmanları İdarəsinin (RMİ) VII hesabat-seçki qurultayı keçirilib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, 500-dən çox nümayəndənin qatıldığı VII hesabat-seçki qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMİ-nin başçısı, müfti Ravil Qaynutdinin 60 illik yubileyi qeyd olunur.

Rusiya müsəlmanlarının qurultayı Moskva Böyük Məscidində ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurulub, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib. Ravil Qaynutdin 7-ci dəfə RMİ-nin sədri seçilib.

Qeyd edək ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə - sovet hakimiyyəti dövründə, Böyük Vətən müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynutdinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub.

Tarix
2019.09.23 / 22:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla