Yuxarı

Ukrayna əcnəbi sürücülər üçün ödəniş tətbiq edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna əcnəbi sürücülər üçün ödəniş tətbiq edir

Ukraynada əcnəbi avtomobillər üçün yollardan istifadəyə görə ödəniş tətbiq edilməsi planlaşdırılır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli bu məlumatı Nikolayev şəhərində keçirilən müşavirədə açıqlayıb.

Nazir deyib: “Biz Ukrayna yollarında əcnəbilər üçün gediş-gəlişin pullu olmasını planlaşdırırıq, çünki onlar heç də həmişə aksiz almır və aksiz haqqı ödəyən bizim sürücülərə münasibətdə ədalətsizlik yaranır. Məsələn, xarici nömrə nişanlı, yanacaq çəni dolu olan böyük TIR Ukraynaya gəlir, bizim yollarda bir neçə min kilometr məsafə qət edir və buna görə heç nə ödəmir. Bu səbəbdən müəyyən mexanizm hazırlamağı planlaşdırırıq və ümidvarıq ki, deputatlar bu təklifi dəstəkləyəcəklər”.

V.Krikli qeyd edib ki, gələn il Ukrayna yolları üçün dövlət büdcəsindən əlavə vəsait alınması planlaşdırılır.

Nazir vurğulayıb: “Biz qarşıya ambisiyalı bir hədəf qoymuşuq – beş il ərzində 24000 kilometr yol təmir edilməlidir. Bu hədəfə çatmaq istəyiriksə, yol fondundan əlavə ümumi fonddan da vəsait alımalıyıq. Bunun üçün müvafiq resurslar var”.

Tarix
2019.10.02 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla