Yuxarı

Baş nazir razılaşdı: İraqda böyük dəyişiklik...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir razılaşdı: İraqda böyük dəyişiklik...

İraqın Baş naziri Adil Əbdülmehdi ölkədə baş verən etirazlar fonunda köməkçilərinin hazırladığı Nazirlər Kabinetində dəyişikliklər planı ilə razılaşıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Sumariya” nəşri yazıb.

“Baş nazir bəzi köməkçilərinin rəhbərlik etdiyi planı həyata keçirməyə hazırdır. Plan özündə hakimiyyətdə geniş dəyişiklikləri ehtiva edir”, - nəşr yazıb.

Qeyd edək ki, artıq bir neçə gündür İraqın paytaxtı Bağdadda etiraz aksiyalarına start verilib. Etirazçılar hökumətdən iş yerlərinin yaradılmasını, səhiyyədəki problemlərin həllini, korrupsiya ilə mübarizəni və hökumətin istefasını tələb edirlər. Tezliklə etirazlar Bağdadla yanaşı, bir sıra vilayətlərə də keçib.

İraq hökuməti bununla əlaqədar olaraq ölkənin mərkəzi və cənubunda interneti tam məhdudlaşdırıb, komendant saatı tətbiq edib və İranla sərhədi qapadıb.

Tarix
2019.10.06 / 15:57
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycanla AB arasında münasibətlərdə yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla