Yuxarı

Türkiyə ilə ABŞ arasında diplomatik gərginlik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ankaradakı səfirliyinin Tvitter hesabından FETÖ ilə əlaqələrdə şübhəli bilinərək axtarışa verilən Ərgün Babaxanın MHP lideri Dövlət Baxçalı haqqındakı qalmaqallı paylaşımının bəyənilməsi diplomatik gərginlik yaradıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Faktla bağlı səfirliyin rəsmisi Türkiyə XİN-ə çağrılıb və izahat tələb olunub.

Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal səfir Devid Satterfeld şəhərdə olmadığı üçün səfirliyin məsləhətçisi Cefri Hovenierlə görüşüb.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi FETÖ ilə əlaqələrdə şübhəli bilinərək axtarışa verilən Ərgün Babaxanın "Türkiyə xalqları Baxçalısız siyasət dövrünə hazır olmalıdır" paylaşımını bəyənmiş, etirazlardan sonra isə bəyənməni qaydıraraq, üzr istəmişdi.

Tarix
2019.10.06 / 17:23
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla