Yuxarı

Trampdan Ərdoğana xəbərdarlıq: Bundan çəkinin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan Ərdoğana xəbərdarlıq: Bundan çəkinin!

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə ABŞ hərbçilərinə və ya onun müttəfiqlərinə zərbə endirməkdən çəkinməklə bağlı xəbərdarlıq edib və bunun qəbuledilməz olduğunu qeyd edib.

Axar.az xəbər verir ki, bu barədə TASS yazıb.

Trampın sözlərinə görə, Türkiyənin əməliyyata başlayacağı rayonda ABŞ-ın 50 hərbi qulluqçusu olub.

“Ərdoğanla söhbət zamanı böyük problemlərdən qaçmaq adına onu bizimkilərdən kiməsə zərər vurmamağa çağırdım”, - Tramp bildirib.

Qeyd edək ki, bu, Trampın ötən gündən bəri Türkiyə ilə bağlı 3-cü xəbərdarlığı kimi tirajlanıb. Belə ki, ilk olaraq ABŞ liderinin əməliyyat üçün razılaşdırılan sərhədləri keçəcəyi və İŞİD-in qarşısını almayacağı halda Türkiyə iqtisadiyyatını dağıdacağını bildirdiyi yayıldı. Bunun ardınca isə Tramp “ABŞ əsgərlərini evə qaytarmaq üçün seçildim” (Suriyadan çıxmaq anlamında – red.) açıqlamasını verərək, bunları əlavə etdi: “Prezident Ərdoğana “İŞİD-çilərə görə siz məsuliyyət daşıyırsınız” dedim. Suriyada heç kimin tərəfini tutmuram. Ərdoğan ilə yaxşı əlaqələrimiz var”.

Tarix
2019.10.08 / 10:40
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla