Yuxarı

"Barselona"dan bəyanat: Həbsxana həll yolu deyil...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Barselona"dan bəyanat: Həbsxana həll yolu deyil...

Kataloniya münaqişəsinin tənzimlənməsi üçün həbsxana həll yolu deyildir.

Axar.az xəbər verir ki, bu barədə “Barselona” futbol klubu bəyanat verib.

Kataloniyanın separatçı hərəkatının liderlərinin həbs edilməsi barədə məlumat yayılandan dərhal sonra “Barselona” futbol klubu bəyanatla çıxış edib. ”Barsa” futbolçuları əmindirlər ki, ilkin həbs siyasi münaqişənin həllinə kömək etməyib, həbsxana isə problemin həlli deyil.

Klub Kataloniya ilə İspaniya arasında indiki münaqişənin sırf "siyasi dialoq" yolu ilə həllində israrlıdır və məhkum edilmiş vətəndaş cəmiyyəti liderlərinin və siyasətçilərin azad edilməsi haqqında danışıqlara başlanmasını xahiş edir.

2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumun təşkilinə aidiyyəti olan separatçı hərəkatın liderləri bu gün İspaniya Ali Məhkəmənin qərarı ilə israfçılığa və qiyama təşviqə görə 13 il müddətinədək həbs cəzasına məhkum ediliblər.

Tarix
2019.10.14 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla