Yuxarı

Saakaşvilini 2008-də Merkel satdı – Brayza faktları açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2008-ci ilin yazında biz Vaşinqtonda Rusiya Prezidenti Vladimir Putinin qurmağa çalışdığı tələdən qaça biləcəyimiz plan hazırlamışdıq.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı eks-səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, Putinin o zamankı tələsi Saakaşvili üçün elə bir seçim imkanı qoymamışdı:

“O ya Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən nəzarətini qəbul etməli, ya da hərbi konfliktə getməli idi. Biz qərara gəldik ki, başqa plana nəzər yetirməliyik və xeyli tədbirlər hazırladıq. Bu tədbirlərdə xüsusilə Kodor dərəsində AB polisinin yerləşməsi nəzərdə tutulurdu, lakin “Gürcüstanla dostluq qrupu”na rəhbərlik edən Almaniya nümayəndə heyəti Rusiyaya zidd bütün bəndləri siyahıdan çıxardı”.

Brayza 2008-ci il NATO-nun Buxarest sammitində ABŞ Prezidenti Corc Buşun Gürcüstana alyansa üzvlük haqqında fəaliyyət planını dəstəkləməsini təklif etdiyini, amma bu məsələnin Almaniya kansleri Angela Merkel tərəfindən bloklandığını bildirib. Diplomat eyni situasiyanın gələcəkdə də yaşana biləcəyini qeyd edib:

“Almaniya NATO üzvləri arasında hər zaman hər kəsdən çox Rusiya ilə qarşıdurmadan qaçmağa cəhd edib. Bu da onun dramatik tarixindən irəli gəlir. Ştaynmayer xarici işlər naziri olanda cəhd edirdi ki, Rusiya ilə qarşıdurma yaradacaq siyasət aparılmasın”.

Tarix
2019.10.18 / 15:42
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla