Yuxarı

Tarixdə ilk: İki qadın açıq kosmosa çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixdə ilk: İki qadın açıq kosmosa çıxdı

Tarixdə ilk dəfə iki qadın astronavt açıq kosmosa çıxıb.

Azərtac xəbər verir ki, NASA-nın astronavtları Kristina Kuk və Cessika Meir oktyabrın 18-də Beynəlxalq Kosmik Stansiyanın enerji sistemində bloklardan birini dəyişmək üçün onun göyərtəsindən açıq fəzaya çıxıblar. Bu proses NASA-nın saytında canlı yayımlanıb. Bakı vaxtı ilə 15:37-də “Quest” şlüzünün lyuku açılıb və qadın astronavtlar açıq kosmosa çıxıblar. Onlar ötən həftə sıradan çıxmış blokun yenisi ilə əvəzlənməsi üçün burada altı saat çalışacaqlar. Kuk artıq son iki həftədə üç dəfə açıq kosmosa çıxıb.

NASA-nın məlumatında qeyd olunur ki, blokun nasazlığı Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində aparılan elmi eksperimentlərə və ekipajın təhlükəsizliyinə heç bir təsir göstərməyib. Eyni zamanda, onun sıradan çıxması nəticəsində stansiya oktyabrın 6-da və 11-də açıq kosmosa öncəki iki çıxış zamanı quraşdırılmış yeni litium-ion batareyalarından əlavə enerji ala bilmir.

Xatırladaq ki, sovet kosmonavtı Svetlana Savitskaya 1984-cü ildə açıq kosmosa çıxan ilk qadın olub.

Tarix
2019.10.18 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla