Yuxarı

AB-də müzakirə: İki ölkəyə verilən vəd yenə tutulmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyinin dövlət və hökumət başçıları Albaniya və Şimali Makedoniyanın AB-yə qoşulması barədə danışıqlara başlanması barədə razılığa gələ bilməyiblər.

Axar.az xəbər verir ki, danışıqlar prosesinə başlanmasına qarşı xüsusilə Fransa Prezidenti Emmanuel Makron çıxış edib. Altı saatlıq diskussiya zamanı danışıqların başlanmasına qarşı həmçinin Niderland və Danimarka da çıxıb.

Sammit zamanı Fransa Avropa Birliyinə yeni üzvlərin qəbulu prosesinin yenilənməsi barədə israr edib. Makronun belə mövqeyi AB-nin bir sıra üzvləri tərəfindən tənqidə məruz qalıb. Almaniya kansleri Angela Merkel Makronun mövqeyinə görə təəssüf hissi keçirdiyini bildirib. Merkel Albaniya və Şimali Makedoniya ilə danışıqlara başlamağın əsl zamanı olduğunu söyləyib.

AB-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Xan isə AB liderlərini əvvəllər verdikləri vədi icra etməməkdə ittiham edib. O, AB liderlərinin Qərbi Balkanların avrointeqrasiyasına nə qədər ciddi yanaşdıqlarını izah etmələri gərəkdiyini söyləyib.

Avropa Komissiyasının sədri Jan Klod Yunker isə AB-nin qərarını ciddi tarixi səhv adlandırıb. O, AB-nin verdiyi vədlərə sadiq qalmalı olduğunu vurğulayıb.

Bununla belə, Şimali Makedoniya və Albaniyanın AB-yə qoşulması ilə bağlı danışıqların başlanması məsələsi AB liderlərinin Zaqreb sammitində yenidən gündəmə gətiriləcək.

Qeyd edək ki, Şimali Makedoniya AB üzvlüyünə namizəd ölkə statusuna 2005-ci ilin sonunda sahib olub. Bundan öncə onun AB-yə üzvlüyünü yalnız Yunanıstan ölkənin adına görə bloklayıb. 2019-cu ildə ölkənin adının dəyişdirilməsindən sonra Yunanıstan da mövqeyini dəyişdirib.

Albaniyaya gəlincə isə o, 2014-cü ildən namizəd ölkədir.

Tarix
2019.10.19 / 13:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla