Yuxarı

Gürcü nazir azərbaycanlı gənclərlə görüşdü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü nazir azərbaycanlı gənclərlə görüşdü - Foto

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Marneulidə azərbaycanlı gənclərlə görüş keçirib.

Report xəbər verir ki, görüşdə gənclərə Gürcüstanın işğal altında olan ərazilərində mövcud vəziyyət və ölkənin sülh siyasəti barədə məlumat təqdim olunub.

Azərbaycanlı gənclər mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. K.Tsixelaşvili onları maraqlandıran sualları cavablandırıb.

Dövlət nazirinin sözlərinə görə, hər bir vətəndaşın ölkənin həyata keçirdiyi sülh təşəbbüsləri barədə məlumatlı olması olduqca vacibdir: “Bu cür görüşlər vaxtaşırı keçirilir. Mənim üçün yalnız gəncləri məlumatlandırmaq deyil, onların fikirləri ilə tamış olmaq da əhəmiyyətlidir. Sülh prosesində ictimai diplomatiya və vətəndaş iştirakı çox vacibdir. Əksər hallarda maraqlı ideya və layihələr gənclər tərəfindən irəli sürülür”.

Görüşdə dövlət nazirinin müavini Lia Giqauri, Marneuli rayonunun rəhbəri Zaur Darğallı da iştirak ediblər.

Tarix
2019.10.24 / 00:23
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla