Yuxarı

Pakistanlı qız II Yelizaveta ilə görüşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanlı qız II Yelizaveta ilə görüşdü

Keçən il Taliban döyüşçüləri tərəfindən güllələndikdən sonra bütün dünyada tanınan pakistanlı aktivist Malala Yusəfzay cümə günü Britaniya kraliçası II Yelizaveta ilə görüşüb.

"Axar.az"ın "CNN"ə istinadən verdiyi xəbərə görə, kraliça və onun əri Şahzadə Flip gənc fəalı Bukinhem Sarayında qəbul edib, qısa görüş keçiriblər.

Görüşə atası Ziyəddin Yusəfzayla gələn Malala kraliçaya özünün bu yaxınlarda nəşr edilmiş avtobioqrafik "Mən Malalayam" kitabını hədiyyə edib.

Keçən cümə isə o, Ağ evdə ABŞ prezidenti Barak Obama və ABŞ-ın birinci xanımı Mişel Obama ilə görüşmüşdü və dünya bu günü "Qızın Beynəlxalq Günü" kimi qeyd etmişdi.

Bir gün əvvəl Malala Avropa parlamenti tərəfindən "Fikir Azadlığı" üzrə "Saxarov mükafatı" ilə təltif edilib. Buna qədər isə Malalanın sülh üzrə Nobel Mükafatını alacağı gözlənilirdi.

Malala bütün ölüm təhdidlərinə baxmayaraq 2009-cu ildən bu yana hələ də pakistanlı qızların təhsili üçün mübarizə aparır.

Tarix
2013.10.21 / 11:35
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla