Yuxarı

Aİ ölkələri razılaşdı: Say 10 minə çatdırılır...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aİ ölkələri razılaşdı: Say 10 minə çatdırılır...

Avropa İttifaqına üzv dövlətlər birliyin sərhədlərinin mühafizəsi agentliyinin (“Frontex”) əməkdaşlarının sayının 10 minə çatdırılması barədə razılığa gəliblər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, məsələ ilə əlaqədar üzv dövlətlərin səfirlərinin Brüsseldə keçirilən iclasında kadrlarının sayının 2027-ci ilədək tədricən artırılması barədə razılıq əldə olunub. “Frontex” əməkdaşlarının əsas vəzifələri arasında milli sərhəd xidmətlərini readmissiyalar zamanı dəstəkləmək və üçüncü dövlətlərdə həyata keçirilən əməliyyatlarda iştirakdan ibarətdir.

2015-ci ildə Avropada yaşanan qaçqın və miqrant böhranından sonra Aİ-nin xarici sərhədlərinin mühafizəsinin gücləndirilməsi prioritet məsələyə çevrilib. Bu məqsədlə “Frontex” gələcəkdə üzv dövlətləri yaxından dəstəkləməlidir.

Hələ ötən il Avropa Komissiyası 2020-ci ilədək “Frontex” əməkdaşlarının sayının 10 minə çatdırılmasını təklif etsə də, üzv ölkələrin bəziləri büdcə xərclərinin çoxluğuna görə bu təkliflə razılaşmamışdı. “Frontex” əməkdaşlarının sayının artırılması barədə qərar Aİ ölkələrinin maliyyə nazirlərinin noyabrın 8-də keçiriləcək zirvə toplantısında rəsmən qəbul ediləcək.

Tarix
2019.10.31 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla