Yuxarı

ABŞ Konqresindən Trampa ağır zərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Konqresindən Trampa ağır zərbə

ABŞ Konqresinin Nümayəndələr Palatası daha əvvəl Demokratlar Partiyası tərəfindən başlanmış Prezident Donald Trampın impiçment proseduru çərçivəsində ilk səsvermə keçirib.

Axar.az xəbər verir ki, Konqresin aşağı palatası Prezident Donald Trampın impiçmenti məsələsi üzrə demokratların başladığı təhqiqat prosedurunu rəsmi dəstəkləyən qətnaməni bəyənib. Bu təhqiqatlar Nümayəndələr Palatasının ümumilikdə altı komitəsində aparılır.

Qətnamənin lehinə 232, əleyhinə 196 qanunverici səs verib. Onun qəbul olunması üçün 218 nəfərin sadə çoxluğu tələb olunurdu. Gözlənildiyi kimi, bu məsələyə baxılarkən partiya mənsubiyyəti üzrə təfriqə yaranıb: respublikaçılar qətnamənin əleyhinə (194 səs, 3 nəfər səsvermədə iştirak etməyib), demokratlar lehinə (231 nəfər, 1 nəfər səsvermədə iştirak etməyib) səs veriblər. Demokratlarla birlikdə daha bir müstəqil qanunverici də qətnaməni dəstəkləyib.

Tarix
2019.10.31 / 23:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla