Yuxarı

ABŞ digər ölkə prezidentlərini güdür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ digər ölkə prezidentlərini güdür

MKİ-nin keçmiş işçisi Edvard Snoudenin jurnalistlərə verdiyi materiallara istinadən "Der Spiegel"in verdiyi xəbərə görə, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (MTA) Meksika prezidentinin elektron poçtuna gizlin giriş edib.

Sənədlərdə deyilir ki, MTA-nın bu və ya digər məlumatın əldə edilməsi ilə məşğul olan bölməsi 2010-cu ildə Meksika Prezident Administrasiyasının elektron poçtunun sındırılması barədə məruzə edib. 2006-2012-ci illərdə yüksək vəzifədə olan Felipe Kalderonla bərabər MTA Meksikanın nazirlərinin də diplomatik, iqtisadi və siyasi yazışmalarına da giriş əldə edib. Əməliyyat "Flatliquid" adını alıb. Hazirda isə yazışmalara girişin olub-olmaması haqda heç bir məlumat verilmir.

MTA tək Meksika deyil, Braziliya prezidenti Dilma Rusefin də elektron poçtunu sındırıb. Rusef isə ABŞ-a planlaşdırılmış rəsmi səfərini təxirə salıb və açıqlama tələb edib. Bunlarla bərabər MTA-nın qlobal izləmə sisteminin olması barədə sənədlər də jurnalistlərə ötürülüb. Məlumatları ötürəndən sonra Snouden Rusiyada sığınacaq tapıb.

Tarix
2013.10.21 / 11:49
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla