Yuxarı

Ukraynada 60 jurnalist həlak olub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada 60 jurnalist həlak olub

Ukrayna Ali Radasının Söz azadlığı məsələləri komitəsinin sədri Nestor Şufriç bildirib ki, 1992-ci ildən Ukraynada 60 jurnalist həlak olub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, o, bunu parlamentdə “Ukraynada jurnalistlərin fəaliyyətinin təhlükəsizliyi: vəziyyət, problemlər və onların həlli yolları” mövzusunda dinləmələr zamanı bəyan edib.

N.Şufriç deyib: “Bu gün ölkəmizdə jurnalistlərə güc tətbiqi halları, təəssüf ki, adi hala çevrilib. KİV işçilərinə qarşı cinayətlərin 92 faizi cəzasız qalır, jurnalistlərə hücumla bağlı hər 12 işdən yalnız biri məhkəməyə göndərilir”.

Komitə başçısı onu da bildirib ki, qanunvericiliyə görə, KİV əməkdaşına hücum hüquq-mühafizə orqanları əməkdaşına hücumla bərabər tutulur. O, jurnalistlərin peşə fəaliyyətinə əngəl olmağın ciddi cəzalandırılmasının zəruri olduğunu vurğulayıb.

Tarix
2019.11.06 / 21:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla