Yuxarı

"Polad"ın qardaşı barədə - Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Polad"ın qardaşı barədə - Şok iddia

“Qurdlar vadisi” serialında Polad Ələmdar rolunu canlandıran Necati Şaşmazın qardaşı Raci Şaşmaz fırıldaqçılıqda təqsirləndirilir.

Unikal.org xəbər verir ki, İstanbulun Fikirtəpə ərazisində başlamadan bitən “Brooklyn” inşaat layihəsi zamanı zərər çəkən 131 nəfərin şikayəti üzrə İstanbul Anadolu Cümhuriyyət Prokurorluğuna şikayət ərizəsi təqdim olunub. Pul ödədikləri halda mənzillərini ala bilməyən şikayətçilərin ərizəsi əsasında cinayət işi başlanılıb.

Təqsirləndirilənlər arasında “Qurdlar vadisi”, “Eşkiya dünyaya hökmdar olmaz” seriallarının prodüser və ssenari müəllifi Raci Şaşmaz, onun yaxın qohumu Əhməd Mahir Şaşmazın adı da var.

Zərərçəkənlər arasında sabiq deputat İhsan Özkesin də adının olduğu müəyyənləşib. Sabiq deputat üç evin pulunu ödədiyi halda hələ də mənzillərin ona verilmədiyini açıqlayıb.

Fırıldaqçılıqda təqsirləndirilən Raci şaşmaz məhkəmədə ifadə verib:

“Əsas işim film və serial sektorudur. İnşaat işləri ilə maraqlanmıram. Bütün səlahiyyət şirkətin müdir köməkçisi Kürşat Coşkun Ufukda idi. Məsuliyyət onda idi. Sadəcə olaraq güvəndiyim üçün mənə verilən sənədləri imzaladım. Baş verənləri isə sonradan öyrəndim”.

Qeyd edək ki, Necati və Raci Şaşmaz yollarını 2013-cü ildə qalmaqallı şəkildə ayırıblar. “Qurdlar vadisi”nin ssenari müəllifləri komandadan ayrıldıqdan sonra iki qardaş arasında münasibətlər gərginləşib.

Tarix
2019.11.07 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla