Yuxarı

Türkmənbaşı göstəriş verdi: Alabaya heykəl qoyulur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda türkmən qoyun iti cinsi alabaya heykəl qoyulması haqda göstəriş verib.

Axar.az “Azadlıq” radiosuna istinadla xəbər verir ki, Prezidentin sərəncamı noyabrın 6-da Aşqabadda tikinti işlərinin gedişi ilə tanışlıq zamanı səslənib.

Berdıməhəmmədovu Aşqabadda tikinti işlərinin gedişi ilə tanışlıqda şəhərin icra hakimi Şammuhammed Durdılıyev müşaiyət edib. Dövlət başçısına şəhərdə tikilən binaları və digər qurğuları göstəriblər. Planlaşdırılan layihələr arasında alabayın böyük heykəlinin qurulması da yer alır.

Televiziya ilə yayılmış kadrlara əsasən Prezident tikinti layihələrinin çertyojları üzərində nələrisə göstərir, məmurlara nəsə izah edir. Hansısa məqamda o, barmağını alabayın monumentinə tərəf tuşlayır, amma məmurlara nə dediyi məlum olmur.

Xatırladaq ki, Berdiməhəmmədov bu yaxınlarda alabay haqda kitabını hökumətin iclasında təqdim edib. Türkmənistan Prezidentinin bu kitabı ilə bağlı günlərlə təntənəli mərasimlər keçirilib, musiqiçilər tezliklə türkmənbaşının alabay haqda şerinə mahnı da bəstələyiblər.

Tarix
2019.11.10 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla