Yuxarı

İmperatorun şərəfinə parad - Selfi qadağası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya İmperatoru Naruhitonun taxta çıxması ilə əlaqədar Tokioda təntənəli avtomobil paradı keçirilib.

Teleqraf.com xəbər verir ki, İmperator Naruhitonun və İmperatriçə Masakonun əyləşdiyi avtomobili müşayiət edən karvan yerli vaxtla saat 15:00-da əsas Saraydan çıxaraq Akasaka iqamətgahına doğru hərəkət edib. Məxsusi olaraq bu parad üçün hazırlanmış “Toyota Centry” avtomobilində əyləşən əlahəzrət Naruhito və İmperatriçə Masako 4,6 kilometr uzunluğunda yolboyu düzülmüş paytaxt sakinlərini salamlayıblar.

İmperator karvanını əllərində kiçik bayraqlar tutmuş minlərlə Tokio sakini və paytaxtın qonaqları “Yaşasın əlahəzrət İmperator!” şüarı səsləndiriblər.

Təntənəli paradla əlaqədar Tokio polisi tərəfindən çox güclü təhlükəsizlik tədbirləri görülüb. Marşrutun keçdiyi ərazidə avtomobillərin hərəkəti, tamaşaçılara isə selfi çubuqlarında və kvadrokopterlərdən istifadə qadağan edilib. Eyni zamanda, əraziyə böyük bayraqların, transparantların, alışqanların, böyük əşyaların, spirtli içkilərin və istənilən alüminim bankaların gətirilməsinə qadağa tətbiq olunub.

Tədbirlə bağlı təhlükəsizliyin təmin edilməsinə isə ümumilikdə hüquq-mühafizə orqanlarının 26 min əməkdaşı cəlb edilib.

Tarix
2019.11.10 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla