Yuxarı

II Dünya müharibəsində batırılan sualtı qayıq tapıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ alimlərindən ibarət tədqiqatçı qrup Yaponiyanın cənub sahillərində 75 il bundan əvvəl itmiş sualtı qayıq aşkar ediblər.

Axar.az xəbər verir ki, LOST-52 qrupu ABŞ-a məxsus sualtı qayığı Okinava prefekturasının əsas adasından cənub-qərb istiqamətində 435 metr məsafədə tapıb. 1944-cü ildə “USS Grayback” adlı sualtı qayıq Yaponiya yaxınlığında olarkən onunla əlaqənin kəsildiyi qeyd olunur. Tədqiqatçı qrupunun təqdim etdiyi videoda qayığın adının əks olunduğu plastik lövhə, həmçinin gövdə və vint aydın görünür.

Qrupun bildirdiyinə görə, sualtı qayıq 1944-cü il fevralın 26-da yapon bombardmançı təyyarələri tərəfindən batırılıb. Qayığın göyərtəsində 80 nəfər olub. “USS Grayback” sualtı qayığı II Dünya müharibəsi vaxtı çoxlu sayda yapon gəmilərini, o cümlədən göyərtəsində 600 nəfər mülki vətəndaş olan “Konan-Maru” gəmisini batırması ilə məşhur idi.

Bildirilib ki, bu tapıntı tarix barədə yeni müzakirələrlə yanaşı, müharibədə həlak olanların xatirəsinin anılması baxımından da əhəmiyyətlidir.

Tarix
2019.11.11 / 18:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla