Ana səhifə Planet |
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Suriya Prezidenti Bəşər Əsədin İdlibin nəzarətini hərbi yolla ələ keçirmək niyyəti və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyadakı rolu ilə bağlı açıqlamasına münasibət bildirməkdən çəkinib.
Axar.az xəbər verir ki, Y.Uşakov Suriyadakı həll prosesini Rusiya və Türkiyə prezidentlərinin şənbə günü baş tutan telefon danışığı zamanı müzakirə etdiklərini bildirib:
“Bu görüşdən sonra mətbuat üçün məlumat yayımlamışıq. Hazırda deyəcəklərim bu qədərdir. İndilik Əsədin sözləri ilə bağlı heç nə deməyəcəyəm”
Qeyd edək ki, Bəşər Əsəd bundan əvvəl İdlibin azad edilməsinin çox çəkməyəcəyini demişdi. Suriya Prezidenti həmçinin Avropanın həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan qorxduğunu, həm də qaçqınların Qərbə getməsinin qarşını almaq üçün ona möhtac olduğunu söyləmişdi.
Tarix
2019.11.11 / 20:45
|
Müəllif
Büllurə Yunus
|