Yuxarı

Üzən metal yaradıldı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Üzən metal yaradıldı - Video

ABŞ alimləri metala suda batmamağa imkan verən yeni texnologiya yaradıblar.

Axar.az “İktnyus”a istinadən xəbər verir ki, tədqiqatçılar maddəyə hidrofob xüsusiyyətlər verən yeni metal emalı üsulu hazırlamağa nail olublar. Yeni metodun mahiyyəti ondan ibarətdir ki, metal materialda çoxlu hava köpükləri yaradan qısa impulslar saçan lazerlə emal olunur. Bunun sayəsində əşya batmayaraq su səthi üzərində qalır.

Qeyri-adi texnologiyanın iş prinsipi videoda nümayiş olunub. Kadrlarda nümunələrdən biri adi alümindən hazırlanıb, ikincisi emal edilərək hidrofob xüsusiyyətlərlə təchiz edilib.

Texnologiya yaradıcılarının sözlərinə görə, hətta dəlikli emal edilmiş material asanlıqla suyun üzərinə çıxır. Bundan başqa, lazerdən istənilən bərk maddənin "üzmək" xüsusiyyətlərinə malik olması üçün istifadə etmək mümkündür.

Texnologiyadan gəmiqayırma və müxtəlif üzən obyektlərin yaradılmasında istifadə planlaşdırılır.

Tarix
2019.11.14 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla