Yuxarı

ABŞ Misiri hədələdi: Rusiyadan qırıcı alınarsa…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Misiri hədələdi: Rusiyadan qırıcı alınarsa…

Misir Rusiyanın Su-35 təyyarələrini alacağı halda sanksiya ilə üzləşə bilər.

Axar.az xəbər verir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin Misir hökumətinə göndərdiyini ortaq məktubunda yer alıb. Vaşinqton məktubda Misirdən təcili olaraq imzalanan razılaşmanı ləğv etməsini istəyib:

“Rusiya ilə yeni böyük razılaşma gələcəkdə ABŞ-la hərbi informasiya mübadiləsini və Amerikanın Misirə hərbi yardımını çətinləşdirəcək”.

“Vol Strit Jurnal” isə Pentaqon rəsmilərinin Misir Hərbi Hava Qüvvələrinin rəhbərini müqavilənin arzuolunmaz nəticələrə gətirib çıxaracağı ilə bağlı şəxsən xəbərdar etdiklərini bildirib.

Qeyd edək ki, bundan öncə “Kommersant” qəzeti Misirin Rusiyadan 2 milyard dollara 20-dən çox Su-35 təyyarəsi almaq istədiyi haqqında məlumat yaymışdı.

Tarix
2019.11.15 / 09:46
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla