Yuxarı

İranda benzin bahalaşdı: xalq ayağa qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda benzin bahalaşdı: xalq ayağa qalxdı

13:10

Ötən gün axşam saatlarında İranın bir sıra şəhərlərində benzinin qiymətinin bahalaşmasına etiraz aksiyaları keçirilib.

Axar.az xəbər verir ki, bu barədə İRNA yazıb.

Məlumata görə, kiçikmiqyaslı etirazlar İranın Məşhəd, Şiraz, Bircənd, Əhvaz və bir sıra digər şəhərlərində keçirilib. Sircan bölgəsində etirazçılar yerli neft anbarını yandırmağa çalışsa da polis əməkdaşları bunun qarşısını alıb.

Xatırladaq ki, İranda kvotadan artıq satılan benzinin qiyməti 3 dəfə bahalaşıb. İranda bundan öncə kvotadan artıq satışa çıxarılan benzinin qiyməti 1000 tümən idi. Hər bir avtomobil sahibi ayda 60 litrə qədər kvota ilə benzin ala bilər.

***

Benzinin qiymətinin bahalaşmasına etiraz olaraq İranın Kirman əyalətinin Sircan şəhərində keçirilən etiraz aksiyasında bir nəfər ölüb.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Onun odlu silahdan açılan atəş nəticəsində öldürülüb-öldürülmədiyi araşdırılır.

***

İranın Baş prokuroru Məhəmməd Cəfər Müntazəri ölkədəki etirazların xaricdən təşkil edildiyini deyib.

O, ictimai asayişi pozmağa çalışanlara sərt qarşılıq veriləcəyini bildirib:

”Xalq təxribatçılar tərəfindən yaradılan bu vəziyyətdən razı deyil. Virtual məkandan istifadə edərək xalqı təhrik etməyə çalışan, kökləri ölkə xaricində olan təxribatçılara xəbərdarlıq edirəm. Bu fəaliyyətlər cinayət təşkil edəcək və təhlükəsizlik qüvvələri ilə məhkəmə tərəfindən ciddi qarşılıq görəcək”.

Tarix
2019.11.16 / 19:39
Müəllif
Orxan, Büllurə
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla