Yuxarı

Pakistandan Nəvaz Şəriflə bağlı mühüm - Qərar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistandan Nəvaz Şəriflə bağlı mühüm - Qərar

Pakistanın həbsdə olan keçmiş Baş naziri Nəvaz Şərifin müalicəsinin davam edə bilməsi üçün xaricə çıxış qadağası ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə Lahor Ali Məhkəməsi qərar qəbul edib. Məhkəmə sabiq baş nazirin heç bir pul ödənilmədən həbsxanadan ümumilikdə 8 həftəliyə buraxılması, bu müddətin 4 həftəsi ərzində xaricə gedə biləcəyi haqda qərar çıxarıb. Məhkəmə həmçinin N.Şərifin müalicəsi üçün xaricdə keçirəcəyi vaxtın müddətinin həkimlərin tələbi ilə uzadıla biləcəyini qərarlaşdırıb.

Sabiq baş nazirin qardaşı Şahbaz Şərif N.Şərifin səhhəti yaxşılaşdıqdan sonra həbsaxanaya qayıdacağını deyib.

Qeyd edək ki, bundan öncə Nəvaz Şərif korrupsiyada ittiham olunaraq, 7 il müddətinə həbsə məhkum edilmişdi. Həbsxanada olarkən baş nazirin səhhəti pisləşmiş, aparıldığı xəstəxanada infarkt keçirmişdi.

Tarix
2019.11.16 / 20:03
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla