Yuxarı

Bu ölkənin dəniz iqtisadiyyatında 140 min insan çalışacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Statistika İnstitutunun (INE) proqnozlarına görə, 2020-ci ildə Portuqaliyanın dəniz iqtisadiyyatında 140 min insan çalışacaq ki, bu da 2017-ci ilin göstəricisindən 42 min iş yeri çoxdur.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, INE-nin son məlumatlarına görə, məxaric və istehlak göstəriciləri çıxılmaqla, istehsalın həcminə müvafiq olan ümumi əlavə dəyərin (ÜƏD) 2020-ci ildə 4,8 milyard avro təşkil edəcəyi gözlənilir. 2018-ci ildə dəniz sektorundan malların ixracı 2 milyard 187 milyon avroya bərabər olacaq.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, dəniz iqtisadiyyatı il ərzində dünyanın ümumi daxili məhsulunun təqribən 2,5 faiz ÜƏD-ni yaradır ki, bu da bütün dünya üzrə 1 faizdən 1,5 faizə qədər iş yeri deməkdir.

Portuqaliyanın ümumi daxili məhsulunda dəniz sektorunun payı təqribən 5 faizdir.

Hesablamalara görə, 2016-2020-ci illər dövründə bu sektora dövlət investisiyalarının həcmi 540 milyon avrodan çox olacaq. Özü də kommersiya limanları 370 milyon avrodan çox dövlət investisiyaları ilə əsas hərəkətverici qüvvə olmaq iddiasındadır.

Bu gün qeyd edilən Milli Dəniz Günü öz başlanğıcını 1994-cü ildə qüvvəyə minmiş BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasından götürür. Portuqaliya bu sənədi üç il sonra ratifikasiya edib.

Tarix
2019.11.17 / 01:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla